UEFA İntizam Komitəsi Ukrayna Futbol Assosiasiyasına (UFA) pul cəzası kəsib.
Sportnet.az xəbər verir ki, buna 2026-cı il dünya çempionatının İslandiyaya qarşı seçmə oyunu zamanı azarkeşlərin davranışı səbəb olub.
UEFA, həmçinin, azarkeşlərin Rusiyaya həsr olunmuş təhqiramiz pankartlarını qeydə alıb. Ukrayna yığmasının fanatları Rusiya Federasiyasını “terrorçu dövlət” adlandırıblar.
Xatırladaq ki, Ukrayna DÇ-2026-nın seçmə mərhələsində D qrupunda ikinci yeri tutub. Play-off mərhələsində ukraynalılar İsveç yığması ilə qarşılaşacaqlar.










































































