Mövsümün ikinci yarısına hazırlaşan "Qəbələ" növbəti yoxlama oyunu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib I Liqa təmsilçisi "Baku Sportinq" olub.
Qarşılaşma "qırmızı-qaralar"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 7:1.
"Qəbələ"nin qollarını İsmaheel Akinade 4-cü və 8-ci, Murad Musayev 27-ci, Eşqin Əhmədov 40-cı, Nicat Əliyev 60-cı, Xayme Sierra, 66-cı, Salihu Nasiru 73-cü dəqiqədə vurub.
Qeyd edək ki, "Qəbələ" daha əvvəl "Kəpəz"i 3:1, "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə yenib.












































































