"Araz-Naxçıvan" hazırlıq dönəmində son yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib I Liqada çıxış edən "Zaqatala" olub.
Matç Naxçıvan komandasının 4:0 hesablı qələbəsi ilə başa catib.
Qolları Şarl Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.
"Qırmızı - ağlar" oyuna bu heyətlə çıxıblar: Tərlan Əhmədli (Kristian Avram), Urfan Abbasov (Ömər Buludov), Bəxtiyar Həsənalizadə (Elmir Cəfərov), Slavik Alxasov (Vladimir Beruaşvili), Bruno Franko, Mustafa Əhmədzadə (Ülvi İsgəndərov), Coşqun Diniyev (Vanderson Melo), Hamidu Keyta (Felipe Santos), Patrik Andrade (Nuno Rodriges), Şarl Boli (Bar Kohen), Ba-Muaka Simakala (Ramon Maçado).













































































