"Qarabağ" və Almaniya "Ayntraxt"ı arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçına indiyədək satılmış bilet sayı açıqlanıb.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, artıq 24 500 bilet sahibini tapıb.
Klub azarkeşləri məhdud sayda qalan biletləri tükənmədən almağa çağırıb.
Standart biletlərə 10 manat, 15 manat, 25 manat, 35 manat, 40 manat, 50 manat və 75 manat qiymət qoyulub. VIP sektorlara 200 manat, 250 manat, 300 manat və 400 manata, VVIP sektorlara isə 1000 manata giriş mümkündür.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq."