"Qətiyyətlə deyə bilərəm ki, adımın müxtəlif klublarla hallanması mənim oyuna köklənməyimə heç bir maneçilik törətmir".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Pedro Bikalyo Bakıda Almaniya "Ayntraxt"ına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçından əvvəl mətbuat konfransında deyib.
25 yaşlı yarımmüdafiəçi sabahkı görüşü karyerasının ən önəmli oyunu adlandırıb: "Ona görə də tamamilə bu qarşılaşmaya fokuslanmışam. Digər məsələlər Qurban Qurbanovun və klub rəhbərliyinin işidir. Mən yanız oyunu düşünürəm".












































































