"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçında Almaniya "Ayntraxt"ı üzərində 3:2 hesablı qələbəsi Azərbaycan üçün də əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, bu, Almaniya klubları ilə matçlarda ilk qalibiyyət kimi tarixə düşüb.
Əvvəlki 14 qarşılaşmada 2 heç-heçə və 14 məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, "Qarabağ" "Ayntraxt"la 2012/2013 mövsümündə Avropa Liqasının pley-off mərhələsində keçirdiyi hər iki görüşdə uduzub - 0:2, 1:2.
















































































