Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, hazırda “Qarabağ”a rəhbərlik edən 54 yaşlı mütəxəssisin yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.
Azərbaycan çempionu Almaniya “Ayntraxt”ı ilə ev matçında 3:2 hesablı qalibiyyətə imza atıb. Bu, “Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda əldə edib. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.













































































