Ukraynanın “Polesye” klubunun rəhbərliyi futbolçu Daniil Beskorovaynını icarəyə göndərməyi qərara alıb.
Sportnet.az-ın "TaToTake" nəşrinə istinadən məlumatına görə, bu gün 26 yaşlı mərkəz müdafiəçisi Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” klubunda tibbi müayinədən keçib.
2019-cu ildə Ukraynanın gənclər millisinin heyətində dünya çempionu olmuş futbolçu mövsümün sonunadək yeni komandasında çıxış edəcək.
Beskorovaynı ilə Qazaxıstanın “Ordabası” klubu da maraqlanıb. Lakin təcrübəli stopper karyerasını Azərbaycanda davam etdirməyə daha yaxın görünür.
Beləliklə, “Polesye” solayaq mərkəz müdafiəçisini itirib.
"Sumqayıt"ın mətbuat xidmətindən Sportnet.az-a açıqlamasında məlumat təsdiqlənib. Mətbuat katibi Zaur Xudiyev bildirib ki, müqavilə rəsmiləşdikdən sonra klub tərəfindən ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Polesye"dən yarımmüdafiəçi Emil Mustafayevi icarəyə götürüb.













































































