İngiltərənin “Aston Villa” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasında 100-cü oyununu keçirən ilk mütəxəssis olub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yubiley oyunu Türkiyədə “Fənərbağça”ya qarşı əsas mərhələnin VII tur matçına təsadüf edib.
“Aston Villa” 1:0 hesabı ilə qalib gələrək, turnirin pley-off mərhələsinə erkən vəsiqə qazanıb.
54 yaşlı ispaniyalı mütəxəssis Avropa Liqasının tarixində ən titullu baş məşqçi hesab olunur. O, turnirdə dörd dəfə çempion olub: üç dəfə “Sevilya” ilə (2013/2014, 2014/2015, 2015/2016 mövsümləri) və bir dəfə “Vilyarreal” ilə (2020/2021 mövsümü).
Qeyd edək ki, 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçirilmiş final matçında Unay Emerinin rəhbərlik etdiyi İngiltərə “Arsenal”ı “Çelsi”yə 1:4 hesabı ilə məğlub olub.














































































