“Sumqayıt” 2025/2026 mövsümünün ikinci yarısı üçün növbəti futbolçu keçidini reallaşdırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə ilə Ukraynanın “Polissya” klubuna məxsus olan Danilo Beskorovaynı mövsümün sonuna qədər icarəyə götürülüb.
26 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”ın heyətində “33” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Danilo Beskorovaynı karyerası ərzində “Polesye" ilə yanaşı Ukraynanın “Volın”, “Krivbas”, Litvanın “Atlantas”, Slovakiyanın “Mixalovtse”, “Dunayska Streda”, Qazaxıstanın “Astana” klublarında çıxış edib. O, Ukraynanın U-20 millisində 9 oyun keçirib.














































































