Azərbaycan Premyer Liqasında XVII turu daha bir oyun gününə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, "Azersun Arena"da "Qarabağ" və "Kəpəz" komandaları qarşılaşıb.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qolları Ryonosuke Ohori 24-cü, Ehtiram Şahverdiyev 55-ci dəqiqədə vurub. Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov Almaniya "Ayntraxt"ını 3:2 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçının start heyətində yer almış futbolçuların heç birini "Kəpəz"ə qarşı ilk "11-liy"ə daxil etməyib. Onların bəziləri ikinci hissədə meydançaya daxil olub. Lakin "Kəpəz" hər hissədə bir qol vuraraq, önəmli qələbə qazanıb və 12 xalla 10-cu pillədəki mövqeyini qoruyub. 36 xalla 2-ci pillədə qalan "Qarabağ" isə çempionluq yolunda daha bir zərbə alıb.
Xatırladaq ki, XVII turun əvvəlki oyunlarında "İmişli" "Araz-Naxçıvan"la 2:2, "Neftçi" "Zirə" ilə 0:0 hesablı heç-heçə edib. "Qəbələ" isə səfərdə "Şamaxı"nı darmadağın edib - 4:0. Tura yanvarın 25-də keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" və "Sabah" - "Karvan-Yevlax" oyunları ilə yekun vurulacaq.
--------------------
Azərbaycan Premyer Liqasında XVII turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda eyniadlı komanda "Qəbələ" ilə üz-üzə gəlib.
Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
"Qəbələ" üstünlüyünü ilk dəfə 45-ci dəqiqədə qola çevirib. Yeni transfer İsmaeel Akinade fərqlənib.
İkinci hissə başlayan kimi "qırmızı-qaralar" növbəti qolu vurub. Bu dəfə İsaak Amoah "Şamaxı"nın qapısını başla dəqiq nişan alıb.
81-ci dəqiqədə İsmaeel Akinade, 90+-4-cü dəqiqədə isə meydançaya yeni daxil olan Fərid İsgəndərov "Şamaxı"nı cəzalandırıb.
Bu qələbə sayəsində xalını 11-ə çatdıran "Qəbələ" 10-cu pilləyə yüksəlib. 20 xala malik "Şamaxı" isə 8-cidir.
--------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə ilk qarşılaşma Şamaxı şəhər stadionunda təşkil olunacaq.
Baş hakim Rəşad Əhmədovun idarə edəcəyi matçda "Şamaxı" və "Qəbələ" üz-üzə gələcək.
Hazırda Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 20 xalla 8-ci, Kaxaber Tsxadadzenin komandası 8 xalla 11-ci yerdə gedir. Hansı komanda qalib gəlsə, bir pillə irəliləyəcək. Heç-heçə təqdirində isə yalnız "Şamaxı"nın mövqeyində dəyişiklik baş verəcək.
İki kollektivin əvvəlki 60 oyununun 20-də "Şamaxı" (əvvəlki "Keşlə" və "İnter"), 19-da "Qəbələ" qalib gəlibsə, 21 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti belədir - 75:64. “Şamaxı” son 4 ev oyununda qələbə qazanmayıb. “Qəbələ” son iki matçda qol vurmayıb.
Günün son matçı isə "Qarabağ" və "Kəpəz" arasında olacaq. 3 gün əvvəl Çempionlar Liqası matçında Almaniya "Ayntraxt"ını 3:2 hesabı ilə məğlub etmiş Ağdam komandasının bugünkü görüşdə ehtiyat qüvvəyə şans verəcəyi gözlənilir. Lakin hazırda Premyer Liqada 36 xalla 2-ci pillədə gedən Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv xal itkisinə əsla yol verməməlidir. "Kəpəz" isə 9 xalla 10-cu pilədə yer alıb.
İki komandanın əvvəlki 62 matçının 36-da "Qarabağ", 14-də "Kəpəz" qələbə qazanıbsa, 12 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Ağdam klubunun aşkar üstünlüyü var - 103:61. “Qarabağ” "Kəpəz"ə 37 oyundur uduzmur. Digər tərəfdən, Gəncə təmsilçisi son 5 matçda qol vurmayıb.
Azərbaycan Premyer Liqası, XVII tur
24 yanvar (şənbə)
14:00. “Şamaxı” – “Qəbələ” - 0:4
Qollar: Domi Massumo, 45. İsaak Amoah, 46. İsmaeel Akinade, 81. Fərid İsgəndərov, 90+4
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu
16:30. “Qarabağ” – “Kəpəz” - 0:2
Qollar: Ryonosuke Ohori, 24. Ehtiram Şahverdiyev, 55
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”
Xatırladaq ki, ilk oyun günündə "İmişli" "Araz-Naxçıvan"la 2:2, "Neftçi" "Zirə" ilə 0:0 hesablı heç-heçə edib. Tura yanvarın 25-də keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" və "Sabah" - "Karvan-Yevlax" matçları ilə yekun vurulacaq.












































































