Azərbaycan Premyer Liqasında XVII turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da lider "Sabah" debütant "Karvan-Yevlax"ı qəbul edib.
Baş hakim Rauf Cabarovun idarə etdiyi görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
İlk iki qolu 9-cu və 22-ci dəqiqələrdə Aaron Maluda vurub. 32-ci dəqiqədə Umarali Raxmonaliyev "Sabah"ın üçüncü qoluna imza atıb. 83-cü dəqiqədə "Karvan-Yevlax"ın legioneri Olavale Doyeni fərqi azaldıb. Lakin cəmi bir dəqiqə sonra Velko Simiç yekun nəticəni müəyyənləşdirib.
Bununla da xalını 40-a çatdıran "Sabah" ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 4-ə yüksəldərək, liderliyini möhkəmlədib. "Karvan-Yevlax" isə 6 xalla sonuncu - 12-ci pillədə qalıb.
Xatırladaq ki, turun əvvəlki görüşlərinin heç birində meydan sahibləri qələbə qazana bilməyib. "İmişli" "Araz-Naxçıvan"la 2:2, "Neftçi" "Zirə" ilə 0:0 hesablı heç-heçə edib. "Qəbələ" səfərdə "Şamaxı"nı 4:0, "Kəpəz" "Qarabağ"ı 2:0, "Turan Tovuz" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
-------------------------
Azərbaycan Premyer Liqasında XVII turin daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi oyun Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
ilk 2 qolu Qərb komandasının futbolçusu Hayderson Hurtado vurub. O, 13-cü dəqiqədə topu "Sumqayıt"ın qapısından keçirdiyi halda, 61-ci dəqiqədə avtoqol müəllifi olub.
69-cu dəqiqədə isə Rəhim Sadıxov qələbə topuna imza atıb.
Bununla da xalını 30-a çatdıran "Turan Tovuz" 3-cü pilləyə yüksəlib. "Sumqayıt" isə 27 xalla 5-ci pillədə qərarlaşıb.
-------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVII turun son 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Turan Tovuz" və "Sumqayıt" komandaları üz-üzə gələcək.
Tovuz şəhər stadionunun ot örtüyünün tam qaydasına düşməməsi səbəbindən görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək. Yəni, "Sumqayıt" ev oyunlarını keçirdiyi stadionda qonaq olacaq.
Hazırda Tovuz və Sumqayıt təmsilçiləri "Araz-Naxçıvan"la bərabər hərəyə 27 xalla 4 - 6-cı yerləri bölüşürlər. Bu, iki komandanın 14-cü qarşılaşması olacaq. Əvvəlki 13 oyunun 5-də "Turan Tovuz", 4-də "Sumqayıt" qələbə qazanıb, daha 4 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də Qərb təmsilçisinin xeyrinədir - 17:15.
“Turan Tovuz” "Sumqayıt"la son 6 qarşılaşmada qol vurub. Axırıncı 4 görüşdə qonaq olan komanda qalib gəlib.
Turun son oyunu isə Azərbaycan Kubokunun son qalibi "Sabah" ilə debütant "Karvan-Yevlax" arasında təşkil olunacaq. Hazırda Masazır təmsilçisi 37 xalla liderdir. Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv ötən gün "Qarabağ"ın evdə "Kəpəz"ə 0:2 hesablı məğlubiyyətindən sonra ən yaxın izləyicisi ilə xal fərqini 4-ə yüksəltmək imkanı qazanıb. Bunun üçün 6 xalla sonuncu - 12-ci pillədə qərarlaşmış Yevlax komandasını məğlub etmək lazımdır.
İki kollektivin ilk dövrədəki qarşılaşmasında "Sabah" səfər qələbəsi qazanıb - 2:0.
Azərbaycan Premyer Liqası, XVII tur
25 yanvar (bazar)
16:00. “Turan Tovuz” – “Sumqayıt” - 2:1
Qollar: Hayderson Hurtado, 13. Rəhim Sadıxov, 69 - Hayderson Hurtado, 61
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:30. “Sabah” – “Karvan-Yevlax” - 4:1
Qollar: Aaron Maluda, 9; 22. Umarali Raxmonaliyev, 32. Velko Simiç, 84 - Olavale Doyeni, 83
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”
Xatırladaq ki, turun əvvəlki görüşlərinin heç birində meydan sahibləri qələbə qazana bilməyib. "İmişli" "Araz-Naxçıvan"la 2:2, "Neftçi" "Zirə" ilə 0:0 hesablı heç-heçə edib. "Qəbələ" səfərdə "Şamaxı"nı 4:0, "Kəpəz" "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib.














































































