UEFA Ermənistan millisinin futzalçısı Denis Nevedrovu cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, qərar Ukrayna Futbol Assosiasiyasının (UAF) Avropa çempionatında “idmandankənar davranış” iddiası ilə şikayəti əsasında çıxarılıb.
Avropa çempionatı 21 yanvardan Latviya, Litva və Sloveniyada keçirilir. Qrup mərhələsinin ilk turunda Ermənistan millisi 22 yanvarda Kaunasda Ukraynanı 2:1 hesabı ilə məğlub edib.
Ertəsi gün UAF Nevedrova və Ermənistan millisinin oyunçularına qarşı intizam sanksiyalarının tətbiqini tələb edib. Müraciətdə Nevedrovun matçdan sonra “Лохи, Украина!” (“Ukrayna - loxlar") ifadəsini səsləndirdiyi bildirilib. Lakin əslində Nevedrovun “Вози, Украина!” (“Apar, Ukrayna!”) dediyi üzə çıxıb.
UEFA əvvəlcə Nevedrovu 1 oyunluq cəzalandırmağı qərara alıb. Lakin Ermənistan Futbol Federasiyasının apellyasiyasından və təqdim etdiyi video sübutlardan sonra, bu cəza götürülüb və futzalçı 1 illik şərti olmaqla, 2 oyunluq cəza ilə kifayətlənib.
Qeyd edək ki, Avropa çempionatı fevralın 7-də başa çatacaq.
















































































