"İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı. Çünki yaxşı qol epizodlarımız var idi. Futbolçulara təşəkkür etdim ki, vəziyyəti düzəldə bildilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis Türkiyə toplanışından razılıq ifadə edib: "Yaxşı məşq etdik, şərait də yaxşı idi".


















































































