İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi VIII tur matçına itkilərlə çıxacaq.
Sportnet.az xəbər verir ki, "qırmızılar" müxtəlif səbəblərdən 7 futbolçunun xidmətindən yararlana bilməyəcək.
Co Qomes, Aleksander İsak, Konor Bredli, Stefan Baytçetiç, Federiko Kyeza və Covanni Leoni zədə ilə əlaqədar oynamayacaq. Komandanın aparıcı müdafiəçilərindən olan İbrahima Konate isə atasının ötən həftə vəfat etməsi ilə əlaqədar ailəvi səbəblərdən heyətdə yer almayacaq.
Qeyd edək ki, yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.














































































