İngiltərə “Liverpul”unun baş məşqçisi Arne Slot "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur oyunundan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, niderlandlı mütəxəssis görüşdən razı qaldığını bildirib.
"Bilirik ki, hər iki cərimə meydançasında oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Amma bu, çox yaxşı çıxış idi”, - deyən Slot erkən qolların vacibliyini də vurğulayıb: “Həmişə erkən qol vurmaq önəmlidir. Bu, azarkeşlərin dəstəyini qazanmağa kömək edir”.
O, komandanın potensialının daha yüksək olduğunu qeyd edib: “Bilirik ki, hər iki cərimə meydançasında daha yaxşı oynaya və çıxışımızı yaxşılaşdıra bilərik. Lakin bu, çox yaxşı çıxış idi. Hazırda göstərdiyimiz oyundan razıyıq”.












































































