UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi müəyyənləşib.
Bu, İngiltərə "Nyukasl"ıdır.
Püşkatmanın nəticələri:
“Monako” (Fransa) - PSJ (Fransa)
“Benfika” (Portuqaliya) - “Real Madrid” (İspaniya)
“Qarabağ” (Azərbaycan) - “Nyukasl” (İngiltərə)
“Borussiya Dortmund" (Almaniya) - “Atalanta” (İtaliya)
“Olimpiakos” (Yunanıstan) - “Bayer Leverkuzen” (Almaniya)
“Yuventus” (İtaliya) - “Qalatasaray” (Türkiyə)
“Brügge” (Belçika) - “Atletiko Madrid” (İspaniya)
“Budö Qlimt” (Norveç) - “İnter” (İtaliya)
İlk oyunları 17–18 fevral, cavab görüşləri isə 24–25 fevral tarixlərində keçiriləcək. İlk oyunlar səpələnməmiş komandaların stadionlarında keçiriləcək. Yəni, "Qarabağ" ilk görüşünə evdə çıxacaq.















































































