1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Norveç millisinin baş məşqçisi: "Qrupumuzdan məmnunuq"
"Bu, gərgin və şən qrupdur. Bir çox maraqlı görüş olacaq. Eyni səviyyəli çox sərt rəqiblərlə üz-üzə gələcəyik. Belə bir qrup yenidən qurulmaqda olan yığma kimi bizə imkanlar açır". Sportnet.az-ın məlumatına görə, bunu Norveç millisinin baş məşqçisi Per Matias Höqmo deyib.
Təcrübəli mütəxəssis bildirib ki, DÇ-2018-in seçmə mərhələsində son dünya çempionu Almaniya yığması ilə eyni qrupa düşmələri birincilik imkanlarını xeyli çətinləşdirir. Onun sözlərinə görə, ikinci yer uğrunda 3 komanda mübarizə aparacaq ki, bu da normaldır: "Bizim üçün ikinci yeri tutaraq, "pley-off"da oynamaq təbii hədəfdir. Bu, əlçatan məsafədədir".
Hərçənd, Norbeç millisi Almaniya yığması ilə seçmə tsikllərdə heç vaxt rəqib olmayıb. Höqmonun fikrincə, Bundestim sərt, maraqlı və cəlbedici rəqibdir. Digər rəqiblərə gəldikdə, o, Çexiya ilə ötən il yoldaşlıq görüşündə 2:2 hesablı heç-heçə etdiklərini və bu rəqibi tanıdıqlarını bildirib. Baş məşqçi Şimali İrlandiyanı da tanış rəqib kimi dəyərləndirib. Azərbaycan millisi ilə AVRO-2016-nın seçmə mərhələsində 2 dəfə qarşılaşdıqlarını xatırladan Höqmo San-Marinoya qalib gələcəklərini vurğulayıb.
Baş məşqçi Almaniya ilə eyni qrupa düşmələrindən heç də məyus olmadıqlarını bildirib: "Biz də İsveç kimi Fransa ilə və ya İtaliya kimi İspaniya ilə iki yüksək səviyyəli komanda ilə eyni qrupa düşə bilərdik. Bu baxımdan, hazırkı qrupumuzdan məmnunuq".
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələ oyunları 2016-cı ilin sentyabrından 2017-ci ilin oktyabrınadək davam edəcək.