“Sabah” klubu Azərbaycan Premyer Liqasında 100-cü qələbəsini qazanıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, “Qəbələ” ilə ev oyununa təsadüf edib - 7:1.
2018/2019 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.
Qeyd edək ki, “Sabah” ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt “Keşlə” adlanan indiki “Şamaxı” üzərində qazanıb – 1:0.












































































