İngiltərə Premyer Liqası klubları yay transferlərinə artıq 500 milyon funt xərcləyiblər. BBC-yə istinadən məlumatına görə, bu, ötən illə müqayisədə 165 milyon funt çoxdur.
Yay transfer pəncərəsi hələ sentyabrın 1-də bağlanılacaq. Bu isə məbləğin daha da artacağına işarədir. Bazarda ən fəal klub 83 milyon funt xərcləyən "Mançester Yunayted"dir. "Mançester Siti" 44 milyon funt xərclə ikinci, "Liverpul" 32,5 milyon funt xərclə üçüncüdür.
Qeyd edək ki, ötən mövsüm İngiltərə Premyer Liqası klubları qış və yay transferlərinə ümumilikdə 965 milyon funt xərcləyiblər.