“Liverpul” yay transfer pəncərəsində yeni sağ cinah vingeri almağı planlaşdırır.
Sportnet.az-ın "TeamTalk" nəşrinə istinadən məlumatına görə, mersisaydlılar “Sportinq”in portuqaliyalı futbolçusu Fransisko Trinkao ilə maraqlanır.
24 yaşlı futbolçu daha əvvəl İngiltərədə çıxış etsə də, gözləntiləri tam doğrultmayıb.
Onun müqaviləsində 60 milyon avroluq sərbəstqalma maddəsi var və bu, “Liverpul” üçün transferi reallaşdırmağı mümkün edə bilər.
Qeyd edək ki, Fransisko Trinkao bu mövsüm 50 oyunda 12 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.















































































