"Yuventus"un hücumçusu Conatan Devid yayda karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, kanadalı hücumçu ilə "Qalatasaray" və "Fənərbağça" yaxından maraqlanır.
"Cimbom" forvardı Viktor Osimheni saxlaya bilməsə, 26 yaşlı futbolçu ilə yaxından təmasa keçəcək.
"Sarı-lacivərtlilər" isə onu hücum xəttini möhkəmləndirmək üçün onu heyətinə qatmağa çalışacaq.
"Fənərbağça" ötən mövsümün sonunda "Lil"dən azad agent kimi ayrılan Kanada millisinin üzvünü heyətinə qatmağa çalışsa da, o, tərcihini Turin təmsilçisindən yana edib.
Qeyd edək ki, Conatan Devid cari mövsüm "Yuventus" forması ilə meydana çıxdığı 43 görüşdə 8 qol və 5 məhsuldar ötürməyə imza atıb.












































































