Azərbaycan Premyer Liqasının XXX turunun "Qarabağ" - "Turan Tovuz" matçında meydan sahibləri heyətində ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, "köhlən atlar"ın hücumçusu Musa Qurbanlı zədələnərək meydanı tərk edib.
24 yaşlı hücumçu görüşün 11-ci dəqiqəsində Abdulla Zubirlə əvəzlənib.
Qeyd edək ki, davam edən "Qarabağ" - "Turan Tovuz" qarşılaşmasında hesab açılmayıb.














































































