
Azərbaycan və Maltanın 19 yaşadək futbolçulardan ibarət yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Bayıl stadionunda baş tutan oyunda yığmamız 4:1 hesabı ilə qələbə qazanıb. 
Millimizin qollarını İlkin Sadıqov, Ayxan Əsədov, Elnur Cəfərov və İsmayıl İbrahimli vurub.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun avqustun 7-də, saat 20.00-da, Bayıl stadionunda keçiriləcək.









                 





    
    
    
    
    
    
    
    
    





















































