İngiltərənin "Çelsi" klubu baş məşqçi Joze Mourinyo ilə müqaviləni uzadıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, portuqaliyalı mütəxəssislə 2019-cu ilin yayınadək yeni anlaşma əldə olunub.
Mourinyo "Çelsi"yə 2013-cü ildə qayıdıb. İlk dəfə isə o, 2004 - 2007-ci illərdə "zadəganlar"ın sükanı arxasında olub.