AFFA-nın İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasının I turunda baş verənlərə hüquqi qiymət verib. Sportnet.az-ın məlumatına görə, komitə "Qəbələ" və "Qarabağ" klublarını cərimələyib.
Tərəflərin Qəbələdə baş tutan görüşündə meydan sahiblərinin futbolçusu Rəşad Sadiqov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 2000 manat cərimə olunub.
"Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1000 manat cərimələnib.