1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Veteran futbolçu meydanda öldü
Rusiyanın Penza vilayətini təmsil edən "Zenit" klubunun baş məşqçisi Sergey Filippenkov oyun zamanı ölüb. Sportnet.az-ın məlumatına görə, bədbəxt hadisə "Zenit"in veteranları ilə "Penzqorstroyzakazçik" tikinti şirkətinin əməkdaşları arasında keçirilən matçda baş verib.
Matç zamanı 45 yaşlı mütəxəssisin qəflətən halı pisləşib və o yerə yıxılıb. Əraziyə təcili tibbi yardım çağırılsa da, həkimlər sabiq futbolçunun həyatını xilas edə bilməyib.
Hadisə baş verən zaman oyunun bitməsinə 5 dəqiqə qalıb və həmin dəqiqəyə qədər Filippenkovun komandası 3:0 hesabı ilə öndə olub. Qollardan birini isə mərhumun özü vurub.
Qeyd edək ki, Sergey Filippenkov futbolçu karyerası ərzində ÇSKA-nın heyətində Rusiya çempionatının gümüş və bürünc medallarını qazanıb. O, "Çernomorets", "Metallurq", "Dnepr" kimi komandaların şərəfini qoruyub. Milli komandaya da dəvət alan sabiq yarımmüdafiəçi 2010-cu ildə futbolçu karyerasını başa vurub.