1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məşhur baş məşqçi karyerasını başa vurdu
İsveçrə milli komandasının baş məşqçisi Ottmar Hitsfeld karyerasını rəsmən başa vurub. Sportnet.az-ın məlumatına görə,
bu barədə
65 yaşlı mütəxəssis DÇ-2014-də Argentinaya əlavə vaxtda 0:1 hesabı ilə uduzduqları 1/8 final matçından sonra açıqlama verib.
Hitsfeld bundan sonra Almaniya televiziyasında çalışacağını deyib: "Məşqçilik karyeramla bu cür vidalaşmaqdan qürur duyuram. Bundan sonra Almaniya televiziyasında işləyəcək, matçlara jurnalist kimi baş çəkəcəyəm. Parlaq karyeram olub, bir çox əla komandada məşqçi kimi çalışma xoşbəxtliyinə nail olmuşam. Sonadək mübarizə apardığı üçün İsveçrə yığmasına minnətdaram. Əminəm ki, bu komanda dünyada xeyli tərəfdar topladı".
Qeyd edək ki, Ottmar Hitsfeld baş məşqçi karyerasına 1983-cü ildə Avstraliyanın "Tsuq" klubunda başlayıb. O, növbəti il ölkənin digər klubu "Arau"ya keçib. 1988-ci ildə yerli "Qrasshopper"ə rəhbərlik etmiş almaniyalı mütəxəssis vətənində 1991-ci ildən çalışmağa başlayıb. Hitsfeld 6 ilədək Dortmund "Borussiya"sı, 1998 - 2004-cü illərdə "Bavariya"nın sükanı arxasında durub. Ardından o, karyerasına 3 ilədək fasilə versə də, yenidən Münhen komandasına qayıtmağı üstün tutub. Amma cəmi 1 illik fəaliyyətinin ardından - 2008-ci ildə Hitsfeld İsveçrə millisinə baş məşqçi təyin olunub. Hitsfeld hərəyə 2 dəfə "Qrasshopper" və "Borussiya", 5 dəfə "Bavariya" ilə ölkə çempionu olub, Almaniya klublarına hərəyə 1 dəfə 1996-1997 və 2000-2001-ci il mövsümlərində Çempionlar Liqasını qazandırıb. Təcrübəli mütəxəssisin titulları arasında İsveçrə, Almaniya Kuboku və Superkuboku da var.