"Çempionatın ən maraqlı oyunlarından birinə şahidlik etdik. Düşünürəm ki, oyunu oxşar komandalar mübarizə apardı". Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin məşqçisi Ayxan Abbasov deyib.
Azərbaycan Premyer Liqasının X turunda evdə "Kəpəz"lə keçirilən matçı (2:2) şərh edən məşqçi bunları bildirib: "Qəbələ səfərindən sonra heyətdə müəyyən yorğunluq vardı. Oyunun əvvəlində qol buraxsaq da, sonradan toparlanıb hesabda önə keçdik. Qırmızı vərəqədən sonra müdafiə olunmağa məcbur olduq. Rəqib bərabərlik qolunu vursa da, futbolçulardan razıyıq. 3 gün sonra bizim "İnter”lə çətin oyunumuz var. Kollektivimiz genişdir, təcrübəli oyunçularımız az deyil. Qarşıdakı oyuna hazırlaşıb, öz oyunumuzu sərgiləyəcəyik. Hər oyun bizim üçün təcrübədir. Düşünürəm ki, bu oyunda bizim üçün 1 xal yaxşı nəticədir”.










































































