O, məhz bu səbəbdən, 1992 - 2004-cü illərdə sahibi olduğu "Kalyari"nin ev arenasında oturacaqların nömrəsini 17-dən 16B-yə dəyişdirib. Çellino qapıçının hazırlıq durumundan və İtaliyaya mövsümöncəsi səfərə gəlməməsindən də narazı olub. Peşəkar Futbolçular Assosiasiyası insidentlə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Massimo Çellino İngiltərənin səviyyəcə ikinci divizionu sayılan "Lids"ə apreldə yiyələnib. O, klubun səhmlərinin 75 faizini almağa dair razılıq əldə etsə də, martda İngiltərə Futbol Liqasının rəhbərliyi veto qoyub. 57 yaşlı biznesmen məhkəmə qərarı ilə "Lids"i almağa nail olub. Çellino kluba gələn kimi xərcləri azaldıb, yeməkxanaları bağlayıb. Bu səbəbdən, futbolçular özləri ilə yemək gətirməlidirlər.