Türkiyənin "Fənərbağça" klubunun qapıçısı Volkan Dəmirəl yeni rekorda imza atıb. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı əlcək sahibi "sarı-lacivərdli" forma ilə 397-ci rəsmi oyununa çıxıb.
Dəmirəl buna Super Liqanın XIX turunda nail olub.
Hazırda "Fənərbağça"da bu ad 1979-1996-cı illərdə komandada çıxış edən Mujdat Yetkinerə məxsusdur. O, İstanbul təmsilçisinin heyətində 570 matç keçirib.