1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA referisi həvəskarlar liqasında
Türkiyəli FİFA referisi Cüneyt Çakır bu həftə həvəskarlar liqasında "Beykozspor" və "Küçükköyspor" komandaları arasında keçiriləcək oyuna təyinat alıb. Sportnet.az-ın məlumatına görə, bu görüş hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir.
50 xalla 3-cü pillədə qərarlaşan "Beykozspor" qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalıdır. 2-ci pillədə qərarlaşan "Küçükköyspor"un isə 53 xalı var və komandanı bərabərlik də qane edir.
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsi bu prinsipial oyuna təcrübəli FİFA referisinin təyin olunmasını məqsədə uyğun hesab edib.
Qeyd edək ki, bu komandalar arasındakı oyunlar gərgin keçdiyindən hər iki tərəfə cəza verilib. Cəzaya əsasən qonaq azarkeşlər stadiona buraxılmır.