Populyar müğənni, əməkdar artist Röya Ayxan Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının səfiri olub.
Sportnet.az-ın məlumatına görə, çempionatın səfiri olmasını əks etdirən lövhə Röya Ayxana təqdim edilib.
Təqdimat AFFA-nın inzibati binasında baş tutub.
Qeyd edək ki, yarış 5-21 mayda keçiriləcək.










































































