Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Komitəsinin sədri Kuddusi Müftüoğlu istefa verib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Beyaz TV"də efirə gedən "Beyaz Futbol" verilişinin şərhçisi Sinan Engin bildirib.
O, istefanın Super Liqanın XXII turunda keçirilmiş "Qalatasaray" - "Trabzonspor" maçtında baş verənlərlə bağlı olduğunu deyib. Lakin federasiyadan istefaya nə cavab veriləcəyi məlum deyil.
Qeyd edək ki, İstanbulda keçirilmiş həmin oyunda "Trabzonspor"un 4 futbolçusu baş hakim Deniz Ateş Bitnel tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb və 2 penalti təyin olunub. Həmin görüşdə "Qalatasaray" 2:1 hesabı ilə qələbə qazanıb.










































































