
Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sportnet.az "Report"a istinadən xəbər verir ki, 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan təşkilati işlər üçün AFFA-ya 2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Avropa çempionatı 5 - 21 mayda Bakının 4 stadionunda keçiriləcək.









































































