1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rövnəq Abdullayev İsveçrəyə yollandı
AFFA-nın prezidenti Rövnəq Abdullayev İsveçrənin Sürix şəhərində UEFA-nın növbədənkənar Konqresində və FİFA prezidenti seçkisində iştirak edəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a açıqlamasında milli assosiasiyanın baş katibi Elxan Məmmədov bildirib.
E.Məmmədov bu gün keçiriləcək Konqresə R.Abdullayevlə birgə qatılacağını bildirib. İclasın gündəliyinə 3 məsələ daxil edilib: Ötən və qarşıdakı hesabat ilinin müzakirəsi, təşkilatın büdcəsi və Nizamnaməsində dəyişikliklərin edilməsidir. UEFA prezidenti Mişel Platininin üzləşdiyi situasiyanın da diqqətdən kənarda qalmayacağı gözlənilir.
FİFA prezidenti seçkisi isə fevralın 26-da baş tutacaq. Baş katib sabahkı tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun da iştirakının gözlənildiyini bildirib.