AFFA rəhbərliyi bu gün İsveçrənin Sürix şəhərində keçiriləcək FIFA-nın növbədənkənar Konqresində iştirak edəcək. Sportnet.az-ın məlumatına görə, tədbirdə federasiya prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov olacaq.
Növbədənkənar Konqresdə FIFA prezidenti vəzifəsinə seçki keçiriləcək.
Qeyd edək ki, prezidentlik postu uğrunda İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının (AFK) prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə, sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan və Cənubi Afrikadan olan iş adamı Tokyo Seksvale mübarizə aparacaq.