
"Çox pis oynadıq. Qələbə qazanmağımıza baxmayaraq, oyunumuzdan narazı qaldım. Xüsusilə fiziki cəhətdən hazırlıqsız olduğumuz hiss olunurdu”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri Ukraynanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Aleksandr Petrakov deyib. Ukraynalı mütəxəssis azərbaycanlı həmyadışlarına bu gün 1:0 hesabı ilə qlaib gəldikləri yoxlama matçında hücum xəttindən narazı qalıb: "Düşünürəm ki, istər Azərbaycan yığmasının, istərsə də bizim Avropanın güclü komandaları ilə müqayisədə ciddi çatışmazlığımız qol vəziyyətlərindən yararlana bilməməyimizdir. Bir qol vurmaq üçün ən azı 3-4 epizod yaratmalıyıq. Müasir futbolda bu, böyük çatışmazlıqdır. Ümid edirəm ki, Avropa çempionatına vəsiqə qazanaraq may ayında yenidən Bakıya gələ biləcəyik”.