1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mərc oyunları nazirlikdən alındı
Azərbaycanda mərc oyunlarına nəzarət funksiyası yeni yaradılan "Maliyyə Bazarlarına Nəzarət Palatası" publik hüquqi şəxsə verilir. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bununla bağlı Milli Məclis "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik edib.
Dəyişiklik layihəsinə əsasən, "dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı" sözləri "nəzarət maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəzlənib.
Digər dəyişikliyə əsasən isə idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən maliyyə bazarlarına nəzarət orqanı həmin orqanın müəyyən etdiyi məbləğdə və qaydada idman mərc oyunlarından əldən olunan haqlar hesabına maliyyələşir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, hazırda idman mərc oyunlarına nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir.