1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
3:1-in mükafatı 3 lahmacun oldu
Türkiyənin İstanbul şəhərinin köklü klublarından sayılan "Bəylərbəyispor"a III Liqada "Çanaqqalaspor"u 3:1 hesabı ilə yendikləri matçdan sonra lahmacun qonaqlığı verilib. Sportnet.az-ın məlumatına görə, 105 yaşlı klubun rəhbərliyi mükafat kimi yerli restoranda futbolçuların hərəsinə 3 lahmacun alıb.
Prezident Mustafa Yazıcı bu addımı maddi böhran üzündən atdıqlarını bildirib. Kapitan Fatih Sercan Ekinci isə meydana həvəskar ruhla çıxdıqlarını söyləyib: "Biz könüldən kluba bağlı adamlarıq. Futbolçu yoldaşlarımın çoxu oxuyur və ya işləyir. Qalibiyyət mükafatı olaraq, rəhbərliyimizin ilginc lahmacun qonaqlığı verməsi bizləri məmnun etdi. Önəmli olan mükafatdır. Pul və ya başqa bir şey fərq etməz".
Qeyd edək ki, oyunu "Bəylərbəyispor"un əfsanəvi futbolçuları da izləyərək, kluba 90 dəqiqə boyunca dəstək olublar.