Portuqaliya yığmasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu gələcək planlarından danışıb. Sportnet.az-ın məlumatına görə, o, futbolçu karyerasını bitirdikdən sonra moda ilə məşğul olacağını deyib.
Portuqaliyalı bu sahəni sevdiyini vurğulayıb: "Moda xoşuma gəlir. Həmişə yaxşı geyinməyi və gözəl görünməyi sevirəm".
Qeyd edək ki, 31 yaşlı Ronaldu CR7 brendli geyim istehsalı ilə məşğul olur.








































































