Azərbaycanın 16 yaşadək futbolçulardan ibarə yığma komandası (U-16) Maltada UEFA İnkişaf Turnirində iştirak edir. Sportnet.az-ın məlumatına görə, millimiz martın 28-dək davam edəcək yarışda bu gün ilk oyununu keçirəcək. Rəqib Lixtenştyen yığmasıdır. Matç Bakı vaxttilə saat 16:15-də başlayacaq. 16 yaşlılarımız martın 26-da Malta, 28-də Belarusla qüvvəsini sınayacaq. Hər 2 matç Bakı vaxtilə saat 13:30-da başlayacaq.
Xatırladaq ki, U-16 bu turnirə hazırlıq məqsədilə martın 18-dən 22-dək Bakıda təlim-məşq toplanışında olub.