Bukmekerlər Rusiya 21 yaşlılardan ibarət yığma komandasını (U-21) 2017-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində azərbaycanlı həmyaşıdları ilə bugünkü rəsmi oyunda favorit sayırlar. Sportnet.az-ın məlumatına görə, şimal qonşularımızın qələbə şansı yüksək qiymətləndirilir və açıqlanan əmsal 1,26-a bərabərdir.
Heç-heçənin əmsalı 5,42, Azərbaycanın qələbəsinin isə 10-dur. Matça ən populyar hesab kimi Rusiyanın 2:0 hesablı qələbəsi göstərilir. Rostovdakı oyun Bakı vaxtilə saat 20:30-da başlayacaq.
Xatırladaq ki, bu ölkənin U-21-ləri indiyədək 1 dəfə görüşüb. Ötən ilin noyabrın 17-də "Bayıl Arena”da keçirilən həmin rəsmi oyun Yaşar Vahabzadənin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.