Qazaxıstan yığması Azərbaycan milli komandası ilə yoldaşlıq görüşünə hazırlığını Antalyada davam etdirir. Sportnet.az saytının məlumatına görə, bu ölkənin mətbuatı hazırlıq prosesini diqqət saxlayır.
Qazax həmkarlarımızın yazdığına görə, milli futbolçuları Premyer Liqada ağır matçlara baxmayaraq əla formada və yüksək əhval-ruhiyyədədirlər: "Qzaxıstan xalqın ən sevimli bayramlarından olan Novruzu qeyd etdiyi bir vaxtda yığma həmin günü praktiki olaraq yolda keçirdi. Səhər İstanbula demək olar 5 saat yol qət etdi, bundan sonra Türkiyənin böyük şəhərinin hava limanında 2 saat yarım Antalyaya reysi gözlədi. Ora komanda 1 saata yaxın uçdu. Kurort şəhərinə gələn zamanı futbolçular dərhal yüngül məşqə yollandılar. Antalaya isti hava mövcuddur. Temperatur 20 dərəcədən yuxarıdır. Günəş daha yüksəyə qalxdıqca, adamda elə təəssürat yaranır ki, yay artıq gəlib. Yeni məşqşilər korpusuna uyğunlaşmağa çox vaxt lazım gəlmədi. Çünki futbolçuların bütün məşqçilərlə klublarda yolları kəsişib. Milli komandada ab-hava sağlamdır. Bütün hamı gərgin şəkildə çalışır. Yığma məşqləri gündə 2 dəfə - səhər və axşam keçirir”.