Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının düşərgəsi diqqət mərkəzindədir. Sportnet.az-ın məlumatına görə, Azərbaycan U-21-i ilə rəsmi oyundan öncə xəstəxanaya yerləşdirilən futbolçularda, o cümlədən yarımmüdafiəçi Aleksey Mirançukla ("Lokomotiv") qapıçı Aleksandr Selixovda ("Amkar") mildronat aşkarlandığı haqda xəbələr dolaşır.
Baş məşqçi Nikolay Pisarev buna belə şərh verib: "Məndə tibbi personalımızdan belə informasiya var ki, həmin futbolçulatda virus infeksiyası, yüksək temperatur var. Mən həkim deyiləm, bu haqda başqa bir şey deyə bilmərəm”.
Xatlrladaq ki, Aleksandr Kleşenko də xəstələndiyindən yığmamızla oyun öncəsi heyətdən kənarlaşdırılıb.