Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığma
komandasında (U-21) Azərbaycanla rəsmi matç öncəsi heyətdən kənarda qalan
futbolçularla bağlı müzakirələr səngimək bilmir. Sportnet.az-ın məlumatına görə,
qapıçı Aleksandr Selixov, müdafiəçi
Aleksandr Kleşenko, yarımmüdafiəçi Aleksey Mirançuk və hücumçu Kamil Mullinin dopinq
üzündən kənarda qalmaları söylənilir. Futbolçularda mildronat
aşkarlandığı deyilir ki, bu da idmançılarda istifadəsi qadağa olunub.
Futbolçuların çıxış etdiyi klublardan artıq rəsmi açıqlama verənlər olub. "Lokomotiv”in mətbuat katibi Andrey
Bodrov Mirançukun isfeksiya ilə əlaqədar yığmadan kənarda qaldığını bildirib: "Tibbi
korpusumuz Rusiyanın gənclər yığmasına Mirançukun sağlamlığı ilə bağlı sorğu
göndərib. Təəssüf ki, Aleksey xəstələnib. O, komandadan infeksiyaya görə tədric
edilib. Mirançuka yataq rejimi yazılıb. Diaqnozla bağlı tibbi sənəddə göstərllib ki,
kəskin nazofaringiti var. Bu, angina xəstəliyidir”.
Kleşenkonun oynadığı "Kuban”ın mətbuat katibi
Vyaçeslav İvanov futbolçusunun virus infeksiyasına yoluxduğunu bildirib: "Mildronatla bağlı hansısa qaranlıq mövzu ortaya atılıb. Bu, belə deyil. Klubda onu qəbil
etmirlər. Bizim həkim yığma ilə əlaqədə olub. Aleksandr hələ çərşənbə axşamı xəstələnib.
Kleşenkoya faringit diaqnozu qoyulub. Buna görə də o, Azərbaycanda matçda
iştirak etməyib. Dopiqnlə bağlı bütün söhbətlər isə tam cəfəngiyyatdır”.
Mullinin şərəfini qoruduğu "Sokol”un baş direktoru Andrey Potapov yanvarın 1-dən qadağan olunan mildronatın klubda əvvəllər qəbul edildiyini, ancaq noyabrdan bunun olmadığını söyləyib: "Əlbəttə, bizdə əvvəl qəbul olunurdu. Bizim üçün mövsümün ilk yarısı ötən ilin noyabrında bitdi. Bundan sonra futbolçular istirahətə yollandılar. Təbii ki, noyabrdan sonra heç kim mildronatı qəbul etmirdi. Biz yığmanın həkimi ilə danışdıq. Kamil virus infeksiaysına yoluxub. Bu, təkcə onda deyil. Buna görə mildronatla bağlı olmadığını düşünrəm. Yeri gəlmişkən, Mullin yığmaya əzələsində zədə yollanmışdı. Yığmaya çox can atırdı, afərin. İnfeksiya tapması onun üçün faciədir. 5-7 günə bərpa olunacaq. Almaniya ilə matçı da buraxacağı birmənalıdır. Həm onu, həm də digər xəstələnənlər artıq yığmadan göndəriliblər. Başqa futbolçuların da yoluxmaması üçün onları təcrid etmək lazım idi. Kamil evdə müalicə olunacaq. Onu gələn həftəyə gözləyirik”.
Selixovun formasını geyindiyi "Amkar”ın idman direktoru Viktor Zasulski qapıçının yığmaya səhhətində problemi olaraq yollandığını bildirib: "Buna görə də ola bilər ki, sonda xəstələnib. Hər halda, bizdə Permdə iqlim Moskvada olduğu kimi deyil. Mildronatla bağlı deyilənlər boş şeydir. Bizim əsrdə komanda 3-4 dəfə yoxlanılır. Tibbi korpusumuz hər şeyə çox həssaslıqla yanaşır. Bizdə mildronatın qəbul olunmadığına 100 faiz təminat verə bilərəm. Bir də ki qapıçıya bu, lazım deyil”