1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamran Ağayev: "Bəslənməyə fikir vermək lazımdır"
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin Sportnet.az-a müsahibəsi
- Qazaxıstanla oyunla bağlı fikirlərini bildirərdin...
- Toplanış yaxşı keçir. Hər şey yaxşıdı. Zədəli futbolçularımız yoxdur. Xırda problemlər var, onları da həll edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq. Bilirik ki, nəticə verməliyik. Yoldaşlıq oyunu da olsa, maksimum nəticəyə oynayacağıq. Həm də çalışacağıq ki, baxımlı futbol göstərək.
- Yoldaşlıq oyununa motivasiya nə dərəcədə yüksəkdir?
- Hər kəs özünü yaxşı tərəfdən göstərməyə çalışır ki, start heyətinə düşsün. Yoldaşlıq oyunu olsa da, millinin heyətində meydana çıxacağımızın fərqindəyik. Yığmaya cəlb olunanlar adi, təsadüfü futbolçular yox, seçilmişlərdir. Kim start heyətində çıxsa, əlindən gələni etməlidir.
- Millinin toplanışı və ölkə çempionatının qrafiki yüklənmənizə səbəb olmur?
- Böyük futboldasansa, hesab edirəm ki, yüklənmədən söhbət gedə bilməz. Bədən alışmalı, vuruşmalıdır. Əlbəttə, çətindir. Öyrəşmədiyimiz hallardır. Amma bəslənməyə fikir vermək lazımdır. Hər halda belə oyunlar bizə laızmdır.
- Qazaxıstanın oyununu analiz etmisizmi?
- Baş məşqçi rəqibi analiz edib və bununla bağlı bizə göstərişlərini verib. Burdakı oyunçuların hamısı start heyətində meydana çıxa bilməz. Ancaq kimə şans verilsə, məşqçilərin söylədiklərinə əməl etməlidir.