AFFA-nın baş katibi Elxan Məmmədov milli komandanın Qazaxıstanla keçirilən yoldaşlıq matçını izləyir. Sportnet.az-ın məlumatına görə, E.Məmmədov dünən Türkiyənin Antalya bölgəsinə gəlib.
Baş katibdən başqa "Turan Tovuz"un sabiq icraçı direktoru və AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Sultanov da oyunu izləyənlər arasındadır.









































































