Qazaxıstanla yoldaşlıq matçında minimal hesabla məğlub olan milli komandamızın yarımmüdafiəçisi Qara Qarayev oyundan sonra jurnalsitlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Qarşılaşma haqqında fikirlərinizi bildirərdiniz...
- Yaxşı toplanış keçirdik, bir həftəyə lazımınca hazırlışmışdıq. Təssüf ki, matçda istədiyimiz nəticəni qazana bilmədik. Ancaq düşünürəm ki, gələcəkdə bu hazırlığın bizə çox xeyri olacaq. Danışılası çox şey yoxdu. Yoldaşlıq oyun idi. Təki səhvlərimiz yoldaşlıq matçlarında olsun.
- Dünən məşqdə daha həvəsli idiniz, bu gün oyunda isə sanki motivasiya çatışmırdı...
- Elə bir dəyişiklik yox idi. Düzdü oyunla məşqin atmosferi fərqli olur. Ancaq bu oyunda həvəssiz deyildik, sadəcə şanssız idik. Düşünürəm ki, erkən qolu buraxmasaydıq, nəticə fərqli olardı.
- Komandada çatışmayan nədi?
- Çatışmayan cəhətləri baş məşqçi deyə bilər. Mən futbolçu kimi nəsə desəm, düz olmaz. Ancaq özünüz də gördünüz ki, ilk yarıda qol vəziyyətlərimiz oldu, ancaq son nöqtəni qoymaq bir az çətin oldu.
- Rəqib əks hücumlara çıxan zaman orta sahədə müəyyən boşluqlar olurdu. O mövqenin oyunçusu kimi, bunu nə ilə əlaqələndirərdin?
- Araz Abdullayev o mövqedə ilk dəfə oynayırdı. Bəlkə də ona görə bir az boşluq oldu. Konkret Araz haqqında danışsam, düz olmaz, hamı bilir ki, o necə oyunçudu. Topla əla rəftar edən, yaxşı futbolçudu. Ancaq ilk dəfə çıxış etdiyi mövqe idi, ona görə də müəyyən axsamalar ola bilərdi.