1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Saqqallı uşaqlar
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!
Elşən MƏMMƏDOV
Bir futbolçumuz var idi, elə indi də var kimidir. 21 yaşlılardan ibarət yığmamızdan kimlər gəlib-keçsə də, o, elə orada idi. Axırda da deyəsən, əsas milliyə yüksələ bilmədi, elə oradan da çıxıb getdi.
O vaxtlar U-21 yığması belə "lipa"larla dolu idi. Yaşlarını minimum 4 il azaltdıqları deyilirdi. Hətta hazırda "Sumqayıt"ın meneceri vəzifəsində çalışan Ceyhun Sultanov da etiraf etmişdi ki, azərbaycanlı futbolçuların 99 faizi "lipa"dır. Bax, elə buna görə həmin komandaya "saqqallı uşaqlar" yığması deyirdilər.
İllər keçdi. "Lipa"ların sayı azalmağa başladı. Amma bu dəfə əsl saqqallı uşaqlar peyda oldu. Əvvəlcə əsas, sonra isə elə bu U-21 millimizdə. Günlərin biri isə bir də baxdıq ki, Rostovda Rusiya önünə çıxan 11 futbolçudan 10-u saqqallıdır. Bircə kapitan Azər Salahlıdan başqa. Özü də sənə saqqal deyim ha... Xüsusi diqqət və qayğı görən tüklər sifətə xüsusi "yaraşıq" verirdi. Adama elə gəlirdi ki, bu futbolçuların işi-gücü topla yox, saqqalları ilə oynamaqdır.
Deyəsən, çox dərinə getdim. Amma ötən gün əsas millimizin də start heyətində elə təqribən eyni sayda saqqallı gördükdə bu qeydləri etməyə məcbur oldum.
Bir neçə il əvvəl iş yerimə millinin hazırkı futbolçularından biri qonaq gəlmişdi. Söhbət zamanı o, saqqalını tumarlaya-tumarlaya dedi ki, o vaxtkı (həm də elə indiki) komandasında əsas heyətə düşə bilməmə səbəbi yaxınlarda özünə toy etməsi olub. Amma elə bir toy edib ki, nə çalğı çaldırıb, nə də qohum-qardaş, dost-tanış çağırıb. Məhz dini inancları səbəbindən.
Demək, saqqal saxlamasının xüsusi anlamı var: Qullluq etdiyi dini cərəyanın qayda-qanunları buna imkan vermir. Dini cərəyanı, hətta bunun uğrunda Suriyaya neçə-neçə insanın döyüşməyə yollandığını açıqlamağa gərək yoxdur. Təki gümanlarımız doğru çıxmasın...
"Milli komanda ölkənin sifətidir" deyirlər. Bu komanda ölkəmizi, futbolsevərlərimizi çox məyus edib. Sevinc yaşatdıqları anlar nadir hallarda baş verib. Biz üzümüzü ağ edən yığma görmək istəyirik. Bizə belə sifət lazım deyil!